Rusiyalı general Kirillov Moskvada öldürüldü

Iqor kirillov

Moskvanın Ryazansk prospektindəki yaşayış binasında partlayış baş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, binanın birinci mərtəbəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb. Rusiya Teleqram kanalları ölənlərdən birinin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov olduğunu yazıb. Generalla birlikdə onu işə aparmağa gələn … Read more

Rusiyanın itkiləri yenilənib

Russian ukraine flags rusya ukrayna bayrakları

Ukrayna müharibənin 1028-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qərbxəbər.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 765 110 hərbçi, 9 567 ədəd tank, 19 751 ədəd zirehli döyüş maşını, 21 159 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1025 hava … Read more

Ərdoğan: Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır

ərdoğanq

Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib. Qərbxəbər.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib. Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Biz artıq səfirliyimizi bərpa etmişik. Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam … Read more

Yeni il bayramı günlərində Bakı-Qəbələ qatarı hər gün işləyəcək

ady

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr – 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək. Qərbxəbər.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir. “Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının … Read more

Azərbaycan QHT-ləri UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

46236a82 5ed3 3c07 819f 2b5733ecda97

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb. Qərbxəbər.com xəbər verir ki, məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, … Read more

Gəncədə mərmi partladı

Gence partlayis

Gəncədə bədbəxt hadisə baş verib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə “OF 843 “markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.

Suriyaya qayıdın, 27 min avro verək

Danimarka kopenhagen

Danimarka Suriyaya könüllü qayıtmaq qərarı verən hər suriyalı qaçqına 27 min avro vəd edib. Bu barədə ölkənin inteqrasiya naziri Kaare Dubvad Bek “Bild”ə müsahibəsində deyib. O bildirib ki, hər uşaq üçün əlavə 6700 avro da ödəniləcək. “Danimarkada 45 000 suriyalı yaşayır: 28 000 yetkin, 17 000 uşaq. Hər kəs proqrama müraciət etsə, dövlət təxminən 865 … Read more

Azərbaycanın 2025-ci il büdcəsi 40 milyon manat artırılıb

Manatos

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, gələn il büdcə gəlirlərinin 38 milyard … Read more

“Mango” nun qurucusu dərədən yıxılıb öldü

C6e62aa5cf4af0272f89fe911011da38

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib. Qerbxeber.com bildirir ki,bu barədə APA.az “El PaÍs” qəzetinin məlumatına əsasən xəbər yayıb. Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb. “La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə … Read more

Şəmkirdə evdə partlayışda ana və qızı yaralanıb

6aa9fc3b 6873 3da9 a659 a92c7ce3bf6f

Şəmkirin Aşağı Seyfəli kəndində qazsızma nəticəsində partlayış olub.Hadisə nəticəsində ana və 19 yaşlı qızı xəsarət alıb. Qerbxeber.com  -un ” Report”-a istinadən məlumatına görə, hadisədə ev sahibi 1985-ci il təvəllüdlü Şəhla Əzizova və onun qızı, 2005-ci il təvəllüdlü A.Əzizova xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb, qadının vəziyyəti orta-ağır qiymətləndirilir, qızı isə yüngül bədən xəsarətləri alıb.

Ana dili,Türk milli kimliyi tələbi İsrailin İranı parçalamaq planıdır-Rza Şeybani

Anadilisheyban

Türkiyə İranda pantürkizmin rəvacına strateji məsələ kimi baxır və bu ölkə son 100 il ərzində “azəri” və İranda yaşayan türklərdən sui-istifadə edərək, İranı təhdid və məhdudlaşdırmağa çalışıb. Qerbxeber.com Gunaz.tv-ə istinadən bildirir ki,bu iddianı şair və araşdırmaçı Rza Şeybani İranın “Mehr” xəbər agentliyinə müsahibəsində irəli sürüb. “Bizim rəqiblərimiz, o cümlədən Azərbaycan, Türkiyə və İsrail pantürkizmə İran … Read more

ABŞ HTŞ ilə birbaşa əlaqə qurduqlarını açıqlayıb

Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın terror təşkilatları siyahısında olan və Suriyada Baas rejimini devirən qruplaşmaların başında gələn “Heyət Təhrir əl-Şam” (HTŞ) ilə birbaşa əlaqə qurduqlarını təsdiqləyib. Qerbxeber.com  APA.az-a istinadla xəbər verir ki, Blinken Suriyadakı hadisələri müzakirə etmək üçün keçirilən xarici işlər nazirləri toplantısına getdiyi İordaniyanın Aqaba şəhərində mətbuat konfransı keçirib. Blinken bildirib ki, ABŞ və digər regional güclər … Read more

Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib

Mixeil Kavelaşvili

Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib. Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu və Parlamentin üzvü Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib. Qeyd edək ki, parlamentin legitimliyini tanımadığını bəyan edən … Read more

Tbilisidə yolkanın işıqlandırılması təxirə salındı – Nə baş verir?

EMCode 028d487ed3e3b7e7e588ebe30ccac3ba

Rustaveli Prospektində Parlament binasının qarşısında Yeni il tədbiri təxirə salınıb. Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bir neçə dəqiqə əvvəl müvafiq bəyanatla çıxış edib. “Bildiyiniz kimi, bu gün saat 19:00-da Yeni il yolkasının işıqlandırılmasını elan etmişdik. Bu, əsasən uşaqlarımıza, övladlarımıza həsr olunmuş bayram tədbiri idi. Lakin radikal müxalifət hətta … Read more

ABŞ-dan “Gürcü Arzusu”na sərt addım: 20 Şəxsə viza qadağası tətbiq edib

Abş dövlət departamenti

ABŞ Dövlət Departamenti Gürcüstanın 20 vətəndaşına, o cümlədən nazirlərə, parlament üzvlərinə, hüquq-mühafizə və təhlükəsizlik xidmətlərinin nümayəndələrinə viza məhdudiyyətləri tətbiq edib. Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib. “Dövlət Departamenti Gürcüstanda demokratiyanın zəiflədilməsində məsuliyyət daşıyan və ya iştirakçı olan şəxslərə viza verilməsini qadağan edən viza məhdudiyyəti siyasəti çərçivəsində əlavə tədbirlər görməkdədir. … Read more

Blinken Ankarada Hakan Fidanla görüşüb

675be20e361c1675be20e361c21734074894675be20e361bf675be20e361c0

ABŞ dövlət katibi Antoni Blinkenin Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb. Görüşdə Suriyadakı vəziyyət müzakirə ediləcək.

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir.

Ordu uniforma

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi … Read more

Bayram tətilində Bakı-Ağstafa -Bakı istiqamətinə əlavə qatar reysləri təyin olunub

Agstafa qatari

Azərbaycan Dəmir Yollar” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən Qerbxeber.com-a verilən məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək. Bundan əlavə, sərnişinlər bu marşrut üzrə … Read more

ABŞ Gürcüstan məmurlarına qadağa qoyur

Metyu miller

ABŞ Gürcüstanda yüksək çinli məmurlar və qanunverici orqanın nümayəndələri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduqları üçün viza məhdudiyyəti qoyur, həmçinin əlavə sanksiyalar hazırlayır. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı açıqlamada deyilir. “Dövlət Departamenti bu gün Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan … Read more

Blinken Türkiyə gəldi və Ərdoğanla görüşdü

Erdogan blinken 1 900x614

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə gəlib. Bu barədə Globalinfo.az “AFP” nəşrinə istinadən xəbər  yayıb. Məlumata görə, təyyarə yerli vaxtla saat 20:14-də eniş edib. Blinken Ankaraya endikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün dərhal yola düşüb. Blinken və Ərdoğanın Bəşər Əsədin devrilməsindən sonra Suriyanın mövcud vəziyyətini müzakirə edəcəkləri gözlənilir. Eyni zamanda Qəzzadakı … Read more