Dünya

Tbilisidə yolkanın işıqlandırılması təxirə salındı – Nə baş verir?

14 dekabr / 20:30 2 dəq
EMCode 028d487ed3e3b7e7e588ebe30ccac3ba
14 dekabr / 20:30
Burada sizin reklamınız ola bilər
Rustaveli Prospektində Parlament binasının qarşısında Yeni il tədbiri təxirə salınıb.

Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bir neçə dəqiqə əvvəl müvafiq bəyanatla çıxış edib.

“Bildiyiniz kimi, bu gün saat 19:00-da Yeni il yolkasının işıqlandırılmasını elan etmişdik. Bu, əsasən uşaqlarımıza, övladlarımıza həsr olunmuş bayram tədbiri idi. Lakin radikal müxalifət hətta burada da öz həddini aşaraq yolkanın qarşısında uşaqların yerini tutmağa cürət etdi. Rustaveli prospektində toplaşan aqressiv etirazçılar artıq bir neçə təxribat törədib, o cümlədən səhnə istiqamətində şüşə butulkalar atıblar. Biz məlumatlar eşitmişik ki, onlar təxribatlar planlaşdırır və uşaqlara Yeni il bayramını keçirmək imkanını verməyəcəklər. 

Uşaqların maraqlarını radikal müxalifətin heçə sayması, məktəblərdə siyasi kampaniyalar aparmağa başladıqları vaxtdan bəlli idi. Bütün bunları nəzərə alaraq, yolkanın işıqlandırılmasını və Yeni il bayramını təxirə salmaq qərarına gəldik. Bayram tədbiri radikal müxalifət uşaqlara mane olmayacağı və onlara yolkanın işıqlandırılması imkanını verəcəyi zaman keçiriləcək” , – deyən Kaxa Kaladze bildirib ki, yaxın günlərdə bayram tədbiri ilə bağlı əlavə məlumat verəcəklər.

Məlumat üçün bildirək ki, Tbilisidə Parlamentin önündə pro-Avropa yönümlü etiraz aksiyası 17-ci günündə də bərpa olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər