Dünya

Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib

14 dekabr / 20:35 1 dəq
Mixeil Kavelaşvili
14 dekabr / 20:35
Burada sizin reklamınız ola bilər
Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.

Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.

Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu və Parlamentin üzvü Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

Qeyd edək ki, parlamentin legitimliyini tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər. Gürcüstan Prezidenti Salome Zurabişvili də parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib.

Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər