Marneuli: İki azərbaycanlı namizəd səs verib

15085616863300250146 1000x669

Gürcüstanın Marneuli rayonunda icra başçısı vəzifəsinə keçirilən seçkilərdə azərbaycanlı namizədlərin ikisi səs verib. Müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev və hakim “Gürcü Arzusu” Partiyasının namizədi Zaur Darğallısəsvermə prosesində iştirak edib. Ə.İmamquliyev jurnalistlərə Marneulinin gələcəyinə səs verdiyini bildirib: “Biz Gürcüstanda demokratiyanı Marneulidən qurmağa başlayacağıq”. O, hakim partiyanı seçicilərə təzyiq göstərməkdə ittiham edib. Namizəd Sadaxlı kəndindəki seçki məntəqələrindən … Read more

Nazirlik: “Hazırda ölkədə qrip xəstəliyi yoxdur”

Grip

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb. Mərkəzin direktor müavini Afaq Əliyeva deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır: “Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”. A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində … Read more

Atəşkəs 22 dəfə pozulub

Trend karabax soldier albom hd 200814

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız … Read more

Fermerlərin bazarlara çıxışı sadələşdiriləcək

agriculture

Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycanda “yaşıl bazarlar” yaratmaq, yarmarkalar keçirmək, treninqlər və digər təşəbbüslər vasitəsilə fermerlərə dəstəyi genişləndirməyi planlaşdırır. Bunu müsahibəsində şirkətin direktoru Leyla Məmmədova deyib. O bildirib ki, fəaliyyətə başladığı qısa müddət ərzində şirkət fermer məhsullarının daxili və xarici kanallar vasitəsilə satışını təşkil edib. L.Məmmədovanın sözlərinə görə, şirkətin indiki planlarına “yaşıl bazarlar” şəbəkəsinin genişləndirilməsi … Read more

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

F8294750 d7bc 4f73 bf7b 39a22f09439f

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfəhəlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013/2014 mövsümündə “Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub. “Sumqayıt” isə tarixində ilk dəfə … Read more

UEFA Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb

645aedf7 5a76 4f81 b091 a42f850bb76f

Bakıda keçiriləcək Avropa Liqasının kuboku Azərbaycanın regionlarına səyahətə yollanıb. Təşkilat Komitəsindən verilən məlumata görə, baş mükafat bu gün ölkənin ikinci böyük şəhəri qədim Gəncədə olacaq. Mayın 21-də isə kubok Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sərgilənəcək. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, … Read more

Marneulidə seçici fəallığı 5,7% təşkil edib

B9d66f2f 6e1f 4111 83c7 59ddc3d157cc

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda icra başçısı seçkilərində seçici fəallığı 5,7% təşkil edib. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Saat 10:00-a olan məlumata əsasən, rayonda seçki hüququna malik olan 99 717 nəfərin 5 699-u səs verib.

Keçən il kimlər taksidən istifadə edib?

A3a4f095 d8ca 491b b658 d9b4f7956f8b

Cari ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 42,5 mln. ton yük, 550,0 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4% və 1,7% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,4%, sərnişin dövriyyəsi isə 1,8% artıb.

Bu il dəmir yolu ilə 1 mln. sərnişin daşınıb

04ca5239 1ffc 482c 8d31 ee5d9d7a6473

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel ayıları ərzində 4,7 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,5%, sərnişin daşınmasında isə 19,9% artım müşahidə olunub. Orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə … Read more

50 ilin məzunları görüşüb: Biri milyarderdir – Foto

1401555183

Göyçay şəhər 2 saylı tam orta məktəbində maraqlı görüş keçirilib. 1969-cu ildə məktəbi bitirən məzunlar 50 il sonra bir araya gəliblər. Görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.  Məzunlar arxiv şəkillərindən ibarət albom və güşələrlə tanış olublar. 50 il əvvəl ilk dəfə dərs keçdikləri sinif otağında hər kəs öz yerində əyləşib. … Read more

Azərbaycan nefti 1% ucuzlaşıb

80b8f690 6a35 4a81 9777 6e6f34023c6f

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,73 ABŞ dolları və yaxud 0,95% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,97 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Səfir: “Türkiyə Nərimanovun adının yaşadılmasına dəstək verməyə hazırdır”

Türkiyə Gürcüstanda Azərbaycanın böyük ictimai və dövlət xadimi Nəriman Nərimanovun adının yaşadılmasına dəstək göstərməyə hazırdır”. Bu barədə Marneuli rayonuna səfər edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib. Səfir deyib ki, Türkiyə N.Nərimanovun Mustafa Kamal Atatürkə göstərdiyi yardımı heç zaman unutmayıb və unutmayacaq: “Gürcüstanda bu böyük şəxsiyyətin adının yaşadılması istiqamətində bir sıra tədbirlər həyata keçirilə bilər. … Read more

Bakı finalı: “Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb

İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının baş məşqçiləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa qədər hərəyə iki mətbuat konfransı təşkil edəcəklər. UEFA-nın rəsmi saytı xəbər verir ki, media üçün açıq qapı günləri əvvəlcə klubların təmsil etdikləri paytaxt Londonda olacaq. “Arsenal” mayın 21-də təlim-məşq bazasında KİV nümayəndələrini qəbul edəcək. Jurnalistlər Bakı vaxtı ilə saat 14:00-da bir … Read more

Sabah rayonlarda dolu, leysan yağa bilər

405443702

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək. Abşeron yarımadasında gecə 15-18° isti, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil … Read more

Əli Əhmədov: “Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə pensiyalar da artırılacaq”

Trend eli ehmedov 1 050519 (2)

Azərbaycanın iqtisadi inkişaf templəri yüksəlir. Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-ın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib. Ə.Əhmədov bildirib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsidir. Baş nazirin müavini vurğulayıb ki, qeyri-neft sektoru daha yüksək tepmlə inkişaf edir, Azərbaycandan məhsulların, xüsusuilə sənaye məhsullarımın ixracı artır: … Read more

Atəşkəs 23 dəfə pozulub

Trend karabax soldier albom hd 200814

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki … Read more

Bu il Azərbaycanda 708 əkiz uşaq doğulub

14733148564691713517 1000x669

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bu ilin … Read more

Əhalinin gəlirləri artıb

C38c654e 1270 4524 a14d 8190498575ae

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 17 072,0 mln. manat olub. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artım deməkdir. Son 1 ildə ölkədə adambaşına düşən gəlir isə 4,6% artaraq 1 729,0 manata yüksəlib.

Ölkədə neçə min nəfər işsiz var?

043d355d 802a 4648 9a0a 38457690e33b

Bu il mayın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 46,9 min nəfər olub. Bunu Dövlət Statistika Komitəsi açıqlayıb. İşsizlərin 33,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 236 manat olub. Mayın 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5140,8 min nəfər olub, onlardan 4887,1 min nəfərini məşğul əhali təşkil … Read more