Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Qazaxda səhnə aldı

3 aprel / 23:53 3 dəq
3 aprel / 23:53
Burada sizin reklamınız ola bilər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir.

Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həyata keçirilib.

Öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcı – Bakı Uşaq və Gənclər Teatrından Mehman Piriyev cıxış edərək, hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verib.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist, rejissor, aktyor İntiqam Soltan və Qazax Dövlət Dram Teatrının direktoru v.m.i.e. Allahverdi Musayev çıxışlarında layihə haqqında danışıblar.

Proqramda Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında musiqi nömrəsi, “İşaxtaran qız” tamaşasından bir hissə, Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Sevgi Şimşəyi”, “Arvadım olun” tamaşasından səhnəciklər, Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri nümayiş olunub.

Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı tərəfindən Qazax Dövlət Dram Teatrına təşəkkürnamə təqdim edilib. Həmçinin Qazax Dövlət Dram Teatrı Bakı Uşaq və Gənclər Teatrına layihənin yüksək səviyyədə təşkilinə görə təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı, Gəncədə Gəncə Dövlət Milli Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festival keçirməklə yekun vurulacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı