Azərbaycan Ordusunun şəhid çavuşu torpağa tapşırılıb.
“Qərb Xəbər”in məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində açdığı atəş nəticəsində şəhid olmuş 1982-ci il təvəllüdlü Azərbaycan Ordusunun müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz rayonunun Qazıqulu kəndində dəfn olunub.
Dəfndə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak ediblər.