Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ermənistan niyə indi hücuma keçdi və İran bu hadisənin harasındadır? – Analiz

12 aprel / 01:05 5 dəq
Ordumuz yeni
12 aprel / 01:05
Burada sizin reklamınız ola bilər

Ermənistan niyə indi hücuma keçdi?

Baş verənlərdə əsas məqam budur və proseslər hədəfin daha genişmiqyaslı olduğunu göstərir. İrəvanın məqsədini bir neçə kontekstdə dəyərləndirmək olar:

Birincisi, sərhədin delimitasiyasının qarşısını almaq;

Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası başlandı. Bu, işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpasıdır və proses konkret xəritələrə əsasən aparılır. Əsas diqqətçəkən məqamlardan biri də rəsmi İrəvanın Azərbaycan Ordusu tərəfindən sərhədin bərpası prosesinə əvvəlcə etiraz etməməsi, hər şeyin razılaşma əsasında həyata keçirildiyini deməsi, etirazın mühəndis işlərinin aparıldığı vaxt etməyə başlaması idi.

Paşinyan bəyan etdi ki, Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir. Əgər 7 kilometr hissə xəritə üzərindən dəqiqləşdirilirsə, İrəvanın 5 kilometr hissədə etiraz etməsi şübhələr yaradır və istisna deyil ki, burada məqsəd bu gün baş verən hərbi eskalasiyaya əsas yaratmaq üçün səbəbin formalaşdırılmasıdır.

İkincisi, masadakı razılaşmaları dağıtmaq və yeni şərtlər formalaşdırmaq;

Hərbi eskalasiya İrəvana siyasi baxımdan lazımdır:

– 44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündə formalaşdırır, yaxud ən pis halda prosesi uzadır;
– Üçtərəfli razılaşmalarda üzərində götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir;
– Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının “Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasında zəmin yaradır: Laçın yolu məsələsində Bakıya qarşı beynəlxalq təzyiq kampaniyasına nail ola bilməyən İrəvanın bunu daha effektli olacağını düşündüyü sərhəd üzərindən edəcəyi gözlənilirdi;

Üçüncüsü, Rusiyanın yerini yeni iştirakçılarla doldurmaq;

İstisna deyil ki, Ermənistan bu döyüşlərlə KTMT-dən dəstək tələbini yenidən aktuallaşdıracaq və bu dəstəyin alınmamasını əsas gətirərək, təhlükəsizliyin təmin edilməsində yeni iştirakçıların vacibliyini önə sürəcək.

Bu iştirakçılardan biri Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransadır.

Digəri hansı ölkə ola bilər? Böyük ehtimalla İran. Təxribat hücumunun məhz indi edilməsinin səbəbini burada axtarmaq zərurəti var, xüsusilə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində yeni addımların atılacağı gözləntisi fonunda.

1. Qərb masasında danışıqlar konkret nəticə verməsə də, növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir;
2. Rusiya bölgədə təşəbbüsü yenidən ələ almaq məqsədilə aktivləşir: Lavrovun Ankarada Qarabağı müzakirə etməsi, eyni gündə Putinin Paşinyanla telefon danışığında üçtərəfli razılaşmaların icrası və sülh sazişinin hazırlığından danışması bundan xəbər verir;

Qərb və Rusiya bölgədə bir-birinə qarşı olsa da, hansısa tərəfin təşəbbüsü ələ alması Ermənistanın götürdüyü öhdəliklərin icrasını aktuallaşdırır və bu, həm də İranı oyundan kənar vəziyyətə salır. Bu baxımdan, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Tehran üç mümkün hədəfi görünür:

1. Danışıqlarda mövcud gündəliyi pozmaq, özünün də hansısa formada iştirak imkanlarını yaradacaq yeni gündəliyi formalaşdırmaq;
2. Azərbaycana qarşı hücumu Ermənistan üzərindən davam etdirmək və “sərhədlərin dəyişməsi” perspektivinin qarşısını almaq;
3. Ermənistanın təhlükəsizliyinin qorunmasında Rusiyanın zəifləyən yerini tutmaq, ən azı iştirakçıya çevrilmək;

Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı