Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Xeyrəddin Qoca: Ağstafa İcra Hakimiyyəti başçısı İsa Muğannanı tanımır

19 iyul / 12:06 2 dəq
1658213771 xeyreddin qoca
19 iyul / 12:06
Burada sizin reklamınız ola bilər

Ötən günlərdə Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Muğannanın Bizim.Media-ya verdiyi açıqlamada Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafanın “Muğanlı” kəndində mərhum yazıçının ev muzeyinin yaradılmasına razılıq verməməsi ilə bağlı geniş açıqlama vermişdi.

“Qərb Xəbər” məlumat verir ki, mövzu ilə əlaqədar Bizim.Media-ya danışan yazıçı Xeyrəddin Qoca bildirib ki, İcra Hakimiyyəti buna icazə verməməklə çox böyük səhv edir:

“Ağstafa Rayon İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyinin yaradılmasına icazə verməməklə çox böyük səhv edir. İsa Muğannanın əsərləri Azərbaycan ədəbiyyatının inciləri sırasındadır. Görkəmli ədiblərimizin bir çoxunun: Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Abdulla Şaiqin doğulub böyüdükləri ərazilərdə ev muzeyləri var. Bu baxımdan Azərbaycanın özü boyda dərin ədəbi əsərlər yaradan görkəmli yazıçımız İsa Muğannanın da, ev muzeyinin yaradılması onun halal haqqıdır. Bu  həm də sağlığında böyük yazıçının öz arzusu olub”.

Məmurların yazıçıları, incəsənət xadimlərini, böyük şəxsiyyətlərimizi tanımamasından gileylənən Xeyrəddin Qoca mövzu ilə bağlı maraqlı bir müqayisə də aparıb:

“İndi siz Ağstafanın İcra Başçısından soruşsanız ki, İsa Muğanna kimdir? – Onu tanımayacaq. Halbuki, onun övladları nə vaxtsa ədəbiyyatımızı vərəqləyəndə, İsa Muğanna əsərlərindən bəhrələnəcəklər.

Əgər başçı İsa Muğannanı tanımırsa, o boyda qurumda onu tanıyan bir şəxs yoxdur ki, İsa Muğannanın müasir ədəbiyyatımızın simalarından biri olduğunun fərqinə varıb bilməyənlərə izah etsin.

Xeyrəddin Qoca bildirib ki, ümidvaram ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi tezliklə  bu məsələ ilə maraqlanacaq və lazımi reaksiyanı verəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı