Ermənistan-ABŞ tərəfdaşlığı müzakirə olundu
Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin direktoru Maykl Miller ilə görüşüb. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, Ermənistan-ABŞ tərəfdaşlığı çərçivəsində müdafiə sektorunda həyata keçirilən proqramlarla bağlı məsələlər müzakirə olunub. Tərəflər yeni təşəbbüslərlə bağlı razılıq əldə ediblər