Tramp: Hörmüz boğazını aça,İranın neftinə nəzarət edə bilərik

Tramp yeni1

Bir az vaxt aparsa da, Hörmüz boğazını asanlıqla aça, neftə (İranın enerji resurslarına – red.) nəzarəti ələ keçirə və böyük sərvət qazana bilərik”. Qerbxeber.com  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Bir az vaxt aparsa da, Hörmüz boğazını asanlıqla açmaq, nefti ələ keçirmək və böyük qazanc əldə etmək mümkündür. Bu, dünya üçün böyük … Read more

Azərbaycan neftinin qiyməti 141 dolları keçdi

Neft

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Qerbxeber.com xəbər verir ki, neftin 1 barelinin qiyməti 10.89 ABŞ dolları və ya 8.33% artaraq 141.68 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Zelenski Ukrayna təcrübəsini Hörmüz boğazında tətbiq etməyə çağırıb

Zelenski (1)

Ukrayna prezidenti Volodimir Zelenski Hörmüz boğazında naviqasiyanın təmin olunması ilə bağlı təşəbbüs irəli sürüb. Qerbxeber.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib. Məlumata görə, Zelenski Yaxın Şərqdəki vəziyyət fonunda boğazın açıq saxlanması yollarını araşdıran ölkələrlə Ukraynanın Qara dənizdə naviqasiya azadlığının təmin olunması sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. O qeyd edib … Read more

Ukrayna Krımda PUA bazasını,hərbi təyyarəni və radiolokasiya stansiyasını dağıtdı

Pua bazası

Ukrayna Silahlı Qüvvələri işğal edilmiş Krım yarımadasında yerləşən Kirovske hərbi aerodromunda Rusiya ordusunun “Orion” ağır PUA bazasını, An-72P təyyarəsini və “Meç” radiolokasiya stansiyasını məhv edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib. O deyib ki, “Orion” 24 saat havada qala, 250-300 km dərinlikdə fəaliyyət göstərə və … Read more

Məsud Pezeşkian İlham Əliyevə zəng edib

Məsud ilham

Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qerbxeber.com xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb. İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin … Read more

SEPAH-ın briqada komandiri general Məhəmməd Əli Fətəlizadə öldürüldü

Mehemmed eli

SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb. Bu barədə məlumatı “Defa Press” yayıb. Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ–İsrail zərbələri zamanı öldürülüb. Qeyd edək ki, “Fatehin” bölməsinin üzvləri yüksək səviyyəli hərbi hazırlıq keçib və əvvəllər Suriyada müharibədə iştirak ediblər.

Tramp bu gecə ABŞ-nin qələbəsini elan edəcək

Tramp yeni1

ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində çox güman ki, İranla müharibənin bitdiyini və Amerikanın qələbəsini elan edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. Adı açıqlanmayan altı mənbə nəşrə bildirib ki, Amerika lideri artıq müsahibələrində və sosial media paylaşımlarında müharibənin başa çatmasına işarə edib və çıxışı üçün zəmin hazırlayıb. Həmçinin qeyd edilir ki, … Read more

Putin Paşinyan görüşündən bir gün keçməmiş Ermənistana sərt xəbərdarlıq edildi

Pasinyan putin

“Ermənistan hakimiyyəti Rusiyaya qarşı siyasətinin nəticələri ilə üzləşə bilər. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Kremldə Prezident Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlardan bir gün sonra sərt bəyanat verib. Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az “Rıbar” Teleqram kanalına istinadən xəbər yayıb. Kanalın məlumatına görə, Ermənistan Rusiya ilə dostluq və Avrasiya … Read more

Təbrizdə SEPAH-a məxsus raket anbarı vuruldu

Silah anb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbriz şəhərindəki raket anbarı İsrail Hərbi Hava Qüvvələri tərəfindən dağıdılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. İsrail Ordusu bundan öncə SEPAH-ın Tehrandakı hərbi bazası və korpusun komandirlərinin olduğu mobil qərargahın genişmiqyaslı hücum dalğasında hədəf aldığını açıqlayıb. Paytaxt İran rəhbərliyinin infrastrukturuna zərbələr endirilib. İsrail Müdafiə Qüvvələri … Read more

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökümət başçılarının görüşü keçirilib

TDT baş nazirləri

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak ediblər. Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-loqistika məsələləri müzakirə olunub.  Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclasında yekun olaraq … Read more

İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidentini qəbul edib

Aliyev Yılmaz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Cevdet Yılmaz Türkiyənin hər zaman … Read more

ABŞ-Aİ münasibətləri gərginləşir.Tramp NATO-nu hədələyir

Trumpportrait

ABŞ Prezidenti Donald Trampın ABŞ-nin NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyə dair açıqlamaları Avropa İttifaqı (Aİ) ölkələrini çətin vəziyyətə salıb. Bu barədə “Financial Times” özəl mənbələrə istinadən məlumat yayıb. Adları açıqlanmayan Avropa rəsmilərinin sözlərinə görə, Trampın bəyanatı NATO-nun fəaliyyətini təmin edən çəkindiricilik faktorunu sarsıdıb. Bundan əlavə, onun dedikləri kollektiv müdafiə ilə bağlı müqavilənin 5-ci maddəsinin müddəalarını … Read more

Qarın Piyi Necə Yaranır Və Onun Qarşısını Necə Almaq Olar?-Elnur Nemətovun yazısı

Elnur mematov 1

 Bir çox insanı düşündürən sual var, qarın piyi necə yaranır və onun qarşısını necə almaq olar? Bu sualın ətrafında isə o qədər mif dolaşır ki, sonda insan nə edəcəyinə, kimə inanacağına çaş-baş qalır. Kimi deyir az ye, qarın gedəcək, kimi deyir idman elə, əriyəcək, kimi deyir vaxtında yat, şəkəri kəs və s., məsələ həll olunacaq. … Read more

Pezeşkian Amerika xalqına məktub yazdı

Pezeskian 1750529269 full (1)

İran prezidenti Məsud Pezeşkian ABŞ ictimaiyyətinə məktub ünvanlayıb. Qerbxeber.com xəbər verir ki, Pezeşkian məktubunda onları siyasi ritorikadan kənara baxmağa və ölkəsinə qarşı görüşlərini yenidən nəzərdən keçirməyə çağırıb. O, məktubda İran və ABŞ arasındakı münasibətlərin səhv başa düşüldüyünü vurğulayaraq İranın müasir tarixində heç vaxt təcavüz, genişlənmə, müstəmləkəçilik və ya dominantlıq yolunu seçmədiyini və heç vaxt müharibə başlatmadığını … Read more

Tramp NATO-dan iyrənir

Trump Tramp

ABŞ Prezidenti Donald Tramp NATO-dan iyrəndiyini bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Tramp həmçinin NATO-ya qarşı nifrətini ifadə edəcəyini bildirib, çünki o, alyansın ABŞ-nin İrandakı məqsədlərini kifayət qədər dəstəkləmədiyinə inanır. Tramp əlavə edib ki, Vaşinqtonun səyi nəticəsində Tehranın nüvə silahı əldə etməsi mümkün olmayıb.

SEPAH: Tramp nə desə də Hörmüz boğazı açılmayacaq

Hormuz ormuz

Hörmüz boğazındakı vəziyyət “qəti və dominant şəkildə” nəzarətimizdədir. ABŞ Prezidentinin bəyanatlarına baxmayaraq, Hörmüz boğazı “millətin düşmənlərinin üzünə açılmayacaq”. “Al Jaazera”nın xəbərinə görə, bu barədə SEPAH-ın yaydığı bəyanatda qeyd olunub. Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Prezidenti ondan atəşkəs istəyib. Tramp əlavə edib ki, bu istəyi “Hörmüz boğazı açıq, sərbəst və təhlükəsiz … Read more

Paşinyan Putinə Qarabağ hərakatına son qoyulmasının vacibliyindən söz edib

Pasinyan putin (1)

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Paşinyan bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.  O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir. “Əlbəttə ki, Rusiya ilə münasibətlərimiz çox dərindir, bizim üçün çox vacibdir. Fikrimcə, bu münasibətlər regionumuzdakı yeni reallıqlar … Read more

İran ABŞ-dən atəşkəs istədi,ancaq…

Müctəba xamneyi

İran rəhbərliyi ABŞ-dən atəşkəs istəyib. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “İranın sələflərindən daha az radikal və daha ağıllı olan yeni rejiminin prezidenti (ölkənin yeni Ali rəhbəri Müctəba Xameneini nəzərdə tutur – red.) indicə Amerika Birləşmiş Ştatlarından atəşkəs istədi. Bunu yalnız Hörmüz boğazı açıq, azad və təhlükəsiz olanda nəzərdən keçirəcəyik. O vaxta … Read more

Portuqalya Azərbaycanda səfirlik açacaq

17750543813436139403 1200x630

Aprelin 1-də xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Qerbxeber.com-a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Portuqaliya naziri ölkəsinin Azərbaycandakı … Read more