Dünya

Saakaşvili: Müxalifət İvanaşvili üzərində qələbəyə yaxındır

14 oktyabr / 15:21 1 dəq
Saakaşvili
14 oktyabr / 15:21
Burada sizin reklamınız ola bilər

Gürcüstan müxalifəti Bidzina İvanişvili və komandası üzərində qələbəyə yaxındır”.

Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“İndi dayanmağa çağıranlar, şübhəsiz ki, İvanişvilinin işini görürlər, şübhəsiz ki, bunu xeyirxah niyyətlə etmirlər. Görünür, gürcülərin genetik kodunu dəyişdirməyə cəhd var.

İndi, qələbə bu qədər yaxın ikən, dayanmaq yolverilməzdir. Biz mübarizə aparırıq və qalib gələcəyik.

Dünən Madaqaskarın prezidenti aylardır davam edən etiraz aksiyalarından sonra ölkədən qaçmağa məcbur oldu”, – o bildirib.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Seçkilərin nəticələrinə etiraz edən müxalifət həmin gün Tbilisidə etiraz aksiyalarına başlayıb. Hökumət baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər