Tramp: Yaxın Şərqdəki böhran üçüncü dünya müharibəsinə səbəb ola bilərdi
Yaxın Şərqdə gərginliyin artması üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi.
Qerbxeber.com xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdə Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanmasından sonra səsləndirib.
“Bu, ən böyük və ən mürəkkəb razılaşmadır. Üstəlik, bu bölgə böyük problemlərə, o cümlədən üçüncü dünya müharibəsinə səbəb ola biləcək yer idi. Daim deyirdilər ki, üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq. Bu, baş verməyəcək”, – deyə Tramp bildirib.





