Rusiya məsələsi üzərində çox işləyirəm – Tramp

Tramp barmaq

Ukraynadakı münaqişəyə son qoymaq üçün səylə çalışmaqda davam edirəm. Münaqişənin mürəkkəbliyini Yaxın Şərqdəki çoxəsrlik münaqişə ilə müqayisə edilə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN telekanalına müsahibəsində bildirib. “Mən Rusiya məsələsi üzərində çox işləyirəm”, – deyə o bildirib.

İranın hərbi gəmiləri Azərbaycanda…

Iran telim xezer gemi

Azərbaycanda keçiriləcək “AZİREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər. Sonra İran Ordusunun HDQ-sinin rəhbər … Read more

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

68efed0ce90bb68efed0ce90bc176055425268efed0ce90b968efed0ce90ba

Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarılıb. Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb. Onun ölkədən deportasiya ediləcəyi bildirilir. Məlumata görə bu, regional Daxili İşlər Departamenti və FSB-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı olub. Qərarın səbəbi ilə bağlı məlumat verilməyib. … Read more

Ərdoğan Türkiyə üçün şad xəbəri elan etdi

ərdoğannnnnn

Çox yaxında “Akkuyu” AES-də elektrik enerjisi istehsalına başlayacağıq. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bizi gözdən salmağa çalışan müxalifətin tənqidlərinə məhəl qoymayacağıq və nüvə enerjisinə sərmayə yatırmağa davam edəcəyik”, – Ərdoğan qeyd edib.

Lavrov: Rusiya ABŞ ilə məsələləri müzakirə etməyə hazırdır

Lavrov2

Rusiya istənilən vaxt ABŞ ilə müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində konkret məsələləri müzakirə etməyə hazırdır. Qerbxeber.com xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Bu yaxınlarda Misiri tərk edərkən, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin “Tomahawk” qanadlı raketləri ilə bağlı suallarını şərh edərkən, digər məsələlərlə yanaşı, yəqin ki, bu … Read more

Ağstafa Rayonunun keçmiş İcra Başçısı Ayvazalı Orucov bu gün dəfn olundu

Ayvazalı

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ayvazalı Orucov dünən ( 14.10.2025) dünyasını dəyişib. Bu gün məhrumla onun öz evində vida mərasimi keçirilib. Mərasimə Ağstafa, Qazax və digər ətraf rayonlardan qatılanlar olub. Həmçinin  keçmiş Baş nazir Pənah Hüseyn,keçmiş millət vəkili Arzu Səmədbəyli,Prezident Elçibəyin köməkçisi … Read more

Saakaşvilidən inqilab mesaji: Gürcü xalqı qalib gələcək

Mixail saakasvili

Bidzina İvanişvili oktyabrın 4-də keçirilən seçkilər zamanı baş verənlərlə bağlı qəzəblidir”. Bunu Gürcüstanın keçmiş prezideni Mixeil Saakaşvili özünün sosial media hesabında  deyib. “İvanişvili və peykləri 4 oktyabrla bağlı qəzəblidir, çünki xalq “seçkilər”in boykot olunmasını bacardı. Əlbəttə, “Qızılgül” inqilabını kopyalamaq səhv hesab idi – generalların əvvəlki müharibənin ssenarisi ilə döyüşməsi düzgün deyil. “Qızılgül” inqilabı illərlə dəqiq … Read more

İlham Əliyev ATƏT-nin fəaliyyətdə olan sədrini qəbul edib

Aliyev atet

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, dünəm bəzi xəbər agentlikləri ATƏT sədrinin Azərbaycana planlaşdırılan səfərinin təxirə salındığı barədə xəbər yaymışdı.

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Elina valtonen

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Report məlumat yayıb. Qeyd olunub ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu. ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 13-də Ermənistana səfər edib, Oktyabr ayının14-də isə o, Gürcüstana gedib.

Radoslav Sikorski: Ukrayna müharibəsi Putinin bir zəngi ilə bitə bilər

Polşa xİn

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova bircə zəngi Ukraynadakı münaqişəyə son qoya bilər. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə nazir mətbuat konfransında bildirib. Sikorskinin sözlərinə görə, Putin bir telefon zəngi ilə qoşunların Ukrayna ərazisindən çıxarılması barədə göstəriş verə bilər. Ona … Read more

ATƏT sədri Gürcüstanda Vətəndaş Cəmiyyətinin vacibliyini vurğuladı və höküməti sərt tənqid etdi

Atət sədri

Mənim Gürcüstana səfərim vətəndaş cəmiyyətinin iştirakı ilə bağlıdır, hər bir demokratik sistemdə insanlara seçim azadlığı verilməlidir”. Bunu Finlandiya xarici işlər naziri və ATƏT-in hazırkı sədri Elina Valtonen Tbilisidə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib. Valtonenin sözlərinə görə, vətəndaş cəmiyyəti sabitliyə təhlükə deyil və qeyri-hökumət təşkilatları qorunmalıdır: “Görüş zamanı ATƏT çərçivəsində … Read more

Ronaldo yeni rekorda imza atdı

Ronaldo

Portuqaliya yığma komandasının futbolçusu Kriştianu Ronaldu dünya çempionatlarının seçmə mərhələlərində vurulan qolların sayına görə yeni rekorda imza atıb. 40 yaşlı hücumçu hazırda davam edən Macarıstanla matçın 22-ci dəqiqəsində fərqlənərək hesabı 1:1 edib. Bu, Ronaldunun dünya çempionatlarının seçmə oyunlarında vurduğu 40-cı qol olub. Ronaldu Qvatemala seçməsinin sabiq futbolçusu Karlos Ruisi (39 qol) geridə qoyaraq, dünya çempionatlarının … Read more

Tovuzda qatar piyadanı vurdu

Qatar piyada

Tovuz rayonunda qatar piyadanı vurub. Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində baş verib. Piyada hadisə yerində keçinib. Ölən şəxsin kişi olduğu bildirilir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Aşağı Quşçu kənd sakinlərinin Qerbxeber.com-a verdiyi məlumata görə piyadanın intihar etdiyi  etimalı var.  

Ramiz Mehdiyev həbs edildi

Ramiz mehdiyev

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub. Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, DTX-nin İstintaq Baş İdarəsinin təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə … Read more

Ukrayna və AB razılaşdı…

Kiyev goruntuler

Oktyabrın 14-də Ukrayna və Avropa Birliyi bəzi tariflərdən imtina etmək və Ukraynanın AB-yə kənd təsərrüfatı məhsullarının ixracına kvotaları artırmaq qərarına gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçki Feysbuk səhifəsində yazıb. Qərar 15 gün ərzində, oktyabrın 29-da qüvvəyə minəcək. Bu, bir gün əvvəl Avropa Birliyi … Read more

Tramp İspaniyanı hədələyib

Tramp yeni

ABŞ Prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaqdan imtina etdiyinə görə bu ölkədən idxal olunan mallara rüsum tətbiq etmək niyyətini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. “Mən İspaniyadan çox narazıyam. Onlar yeganə NATO ölkəsidir ki, müdafiə xərclərini 5 %-ə qədər artırmayıb. İspaniyanı tariflərlə cəzalandırmağı … Read more

Tramp HƏMAS-ın zorla silahsızlaşdırılmasını istisna etməyib

Tramp yeni 3

HƏMAS silahları könüllü şəkildə təhvil verməyəcəyi halda, hərəkatın tərk-silah edilməsi planlaşdırılır. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Miley ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Əgər silahları təhvil verməsələr, biz onları silahsızlaşdıracağıq”, – deyə Amerika lideri bildirib. Tramp hərəkatın necə silahsızlaşdırılacağını dəqiqləşdirməkdən imtina edib. “Bunu sizə izah etməyə … Read more

Kiyev işıqsız qalıb

Kiyev671

Ukraynanın paytaxtı Kiyevin bir sıra rayonlarında elektrik enerjisi kəsilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb. Qeyd edilib ki, şəbəkənin həddindən artıq yüklənməsi səbəbindən şəhərin energetika obyektlərindən birində problem yaranıb. Bundan əlavə, metroda da elektrik enerjisinin kəsilməsi ilə bağlı informasiya yayılıb.

Ermənistan-ABŞ tərəfdaşlığı müzakirə olundu

Pashinyan tramp

Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin direktoru Maykl Miller ilə görüşüb. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, Ermənistan-ABŞ tərəfdaşlığı çərçivəsində müdafiə sektorunda həyata keçirilən proqramlarla bağlı məsələlər müzakirə olunub. Tərəflər yeni təşəbbüslərlə bağlı razılıq əldə ediblər

Türkiyədə zəlzələ baş verib

Zəlzələ

Türkiyədə 4 maqnitudada zəlzələ baş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 20:33-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb. Zəlzələ 9,2 kilometr dərinlikdə yerləşib.