Tovuzda qatar piyadanı vurdu
Tovuz rayonunda qatar piyadanı vurub.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində baş verib. Piyada hadisə yerində keçinib.
Ölən şəxsin kişi olduğu bildirilir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Aşağı Quşçu kənd sakinlərinin Qerbxeber.com-a verdiyi məlumata görə piyadanın intihar etdiyi etimalı var.





