Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tramp İspaniyanı hədələyib

14 oktyabr / 23:41 2 dəq
Tramp yeni
14 oktyabr / 23:41
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaqdan imtina etdiyinə görə bu ölkədən idxal olunan mallara rüsum tətbiq etmək niyyətini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Mən İspaniyadan çox narazıyam. Onlar yeganə NATO ölkəsidir ki, müdafiə xərclərini 5 %-ə qədər artırmayıb. İspaniyanı tariflərlə cəzalandırmağı düşünürəm”, – Tramp bildirib.

Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı Tramp qeyd edib ki, NATO-ya üzv ölkələr arasında İspaniya müdafiə xərclərində əhəmiyyətli dərəcədə geri qalır.

“Bizim bir geridə qalan ölkəmiz var, o da İspaniyadır. Onlara zəng edib öyrənməliyik ki, niyə geridə qalırlar. Onların heç bir bəhanəsi yoxdur. Açığını desəm, onları NATO-dan qovmaq lazımdır”, – o əlavə edib.

İspaniya hakimiyyət orqanları isə öz növbəsində bildirirlər ki, onlar müdafiə xərclərini müəyyən edilmiş səviyyəyə çatdırmadan silahlı qüvvələrin döyüş hazırlığının artırılması üçün NATO ilə razılaşdırılmış bütün təşəbbüsləri həyata keçirməyə qadirdirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı