Qazaxda evdə kişi meyiti tapılıb
Qazaxda 65 yaşlı kişinin meyiti tapılıb. Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdə meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.