Azərbaycanda növbəti müdafiə sərgisi keçiriləcək
Azərbaycanda keçiriləcək növbəti müdafiə sərgisinin tarixi açıqlanıb. Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, 2020-ci ildə Azərbaycanda “ADEX-2020” IV beynəlxalq müdafiə sərgisi keçiriləcək. Qeyd edək ki, “ADEX-2018” III beynəlxalq müdafiə sərgisi ötən il baş tutub.