Sosial

Gürcüstandan gələn avtomobildə mobil telefonlar aşkarlanıb

3 may / 14:08 1 dəq
15e6c760 9f72 49b8 b1f7 62a934a226e2
3 may / 14:08
Burada sizin reklamınız ola bilər

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin salonunda arxa oturacağın içərisində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində “Samsung Galaxy A50” sözləri yazılmış 4 ədəd mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər