Gəncə hadisələri ilə bağlı həbs edilən Elman Quliyev, Ruya Nurizadə, Cabir Əzizov və Fikrət Mirzəliyev barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.
Gəncə Apelyasiya Məhkəməsinə müraciət edən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırlır.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əzizov 5 il, R.Nurzadə 5 il, E.Quliyev 8 il və F.Mirzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.