Azərbaycanda koronavirusa yoluxanların sayı artır

168e7fa8 20a9 45f6 a5eb 12de25b1ae5e

Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalarda müalicələrdə alanların sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qazax istiqamətində atışma

Dsx

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində atəşkəs pozulub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 3 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı Azərbaycan sərhəd-döyüş məntə­qələ­ri ER-nın İcevan rayonunun Aygeovit kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Ermənistan … Read more

Təhsil Nazirliyi yeni onlayn müsabiqəyə start verir

Tehsil nazirliyi bina

Aprelin 5-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start veriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, yaradıcılıq müsabiqəsi Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən … Read more

Mingəçevirdə karantin rejimini pozanlar həbs edilib

94caf74c 7708 4b37 9a3e cbb231a50666

Karantin rejim qaydalarının təmin olunması məqsədi ilə Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə daxil olub.  Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib … Read more

Şəmkirdə ağac kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

E4e40004 fb1f 45a0 a2d3 eb679020907e

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat yerində araşdırılıb. Bu barədə nazirlikdən məlumat verilib.  Nazirliyin əməkdaşlarının əraziyə keçirdiyi baxış zamanı 9 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 1440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt … Read more

İlk koronavirus xəbərdarlığını edən həkim yoxa çıxıb

27c2ba49 f75f 4ff3 9214 f59a96f747b0

Dekabr ayında Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirus epidemiyası ilə bağlı məsləkdaşlarını daha öncədən xəbərdar edən həkim Ai Fen yoxa çıxıb. Xəbər İngiltərənin “Deyli Meil”( Daily Mail) qəzetində yayımlanıb. “Qərb Xəbər” saytının məlumatına görə, onun Çin hökumətini tənqid edən müsahibəsindən sonra yoxa çıxdığı qeyd olunub. Dünya səviyyəsində 872 mindən çox insanı yoluxdurmuş, 43 … Read more

Evdən çıxmaq üçün bu nömrəyə sms göndərməlisiniz

324d990d ee9a 4240 96c1 7eeca16a4656

Vətəndaşların yaşayış yerini tərk etmələrinə icazə verilən halların detalları məlum olub.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vətəndaşlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerlərindən çıxa bilərlər. Bu … Read more

İş rejiminin tənzimlənməsi barədə qərar verildi

71353daf 99be 46cd a265 bad917f38af5

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il … Read more

Kimlər evdən çıxa bilər? – Siyahı

D5d5f433 7119 4745 9967 f98c40743f6a

Azərbaycanda koronavirus pandemiyası ilə hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.  “Qərb Xəbər” həmin siyahını təqdim edir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; … Read more

Polis şöbə və bölmələrində dezinfeksiya

423204401

Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyə edilir. Bu məqsədlə polis … Read more

QHT-lərin ümumrespublika onlayn konfransı keçirilir

IMG 20200402 WA0015

Hazırda QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilir. Koronavirus (COVID-19) pandemiyasının ölkədə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel … Read more

Sarımsaq və zəncəfil nə qədər effektivdir?

422051130

Sarımsağın iki dəfə bahalaşmasından sonra zəncəfil də bahalaşdı. Qiyməti 6-7 manat olan ədviyyə bəzi yerlərdə birdən-birə 45-50 manata qalxdı. Heç bir zaman koronavirusa tutulmazsınız Zəncəfilin bu qədər bahalaşması internetdə yayılan videonun fonunda baş verdi. Rusiyalı virusoloq Oleq Torsunov öz paylaşımında zəncəfilin koronavirusla mübarizədə effektli olduğundan danışır. Video Azərbaycanın “WhatsApp” qruplarında yayıldıqdan sonra əhali zəncəfili marketlərdən … Read more

Aprel döyüşlərinin ildönümüdür

1554210532 aprel doyusu

Bu gün aprel döyüşlərinin 4-cü ildönümüdür. “Qərb Xəbər” bu münasibətlə döyüşlərdə şəhid olan hərbçilərin tam siyahısını təqdim edir: Polkovnik Yusifov Vüqar Nurəddin oğlu Polkovnik-leytnant Mirzəyev Murad Telman oğlu Polkovnik-leytnant Orucov Raquf İbrahim oğlu Mayor İmanov Samid Gülağa oğlu Mayor Məmmədov Rasim Əbdül oğlu Mayor Əliyev Elnur Adil oğlu Mayor Musazadə Təbriz Tariyel oğlu Mayor Vəlizadə … Read more

Maska taxmaq mütləqdir

1c5a943d 2ef4 4464 8c37 63eec1560869

“Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir”. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir: “Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir”.

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxub

Ff3302b5 6faa 43bb 8c91 114e6c2d8ee3

Bu günə olan son məlumatlara görə, Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyət ağırdır, 11 orta ağır yerdə qalanların vəziyyəti sabitdir: “Bu, son rəqəm deyil”.

Bunu siz edirsiniz!

FB IMG

Dünyanı cənginə alan koronavirus dövlətlə yanaşı, bütün vətəndaşlardan da məsuliyyət tələb edir. Bu məsuliyyət yalnız pandemiya, epidemiya hallarındamı olmalıdır, yoxsa hər zaman ətraf mühiti təmiz saxlamalıyıq? Əlbəttə ki, hər zaman təmizliyə, diqqət edilməlidir. Bu tək dövlətin, bələdiyyənin işi deyil, əziz vətəndaşlar. Xüsusən ekoloji təmizlik və tarazlıq bizim hər birimizin təbiətə münasibətimizdən bir başa asılıdır. Aşağıdakı … Read more

Ağstafada raket tapılıb

42178887 c4c5 476b 8417 22a8e6692d2b

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, “Ceyrançöl” adlanan ərazidə mərminin tapılması barədə məlumatlar daxil olub. ANAMA-DAN verilən məluamata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış … Read more

Qazaxda mülki vətəndaşlar atəşə tutulub

A7f81de3 a12d 46fa 8776 060629bbe07b

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində atəşkəs pozulub. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.  Bildirilib ki, aprelin 1-i saat 12:25-dən başlamaqla Qazax ra­yo­nunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­ri, həmin istiqamətində avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun … Read more