Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Şəhid gizir Yaşar Babayev dünən dəfn olunub

5ea8f890 0d4e 3a2f aec0 c3846963ecf4

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan gizir Babayev Yaşar Vasif oğlu ötən gün son mənzilə yola salınıb. “Qərb Xəbər”in məlumatına görə, 1987-ci ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olan şəhid gizir doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul … Read more

Ombudsman: “Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alınıb” – Fotolar

WhatsApp Image 2020 07 14 at 21.05.48

“Ermənistan ötən gün Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”. “Qərb Xəbər”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman bildirib ki, qarşı tərəf bununla Cenevrə konvensiyasının 18-ci maddəsini pozub. Həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub: “Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz … Read more

Hazırda atəş səsləri gəlməkdə davam edir

5

Bu gün saat 19:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb. Bu barədə Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat yayıb. Bundan əlavə, “Qərb Xəbər” saytının cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hazırda atəş səsləri gəlməkdə davam … Read more

Qazax top atəşinə tutulub

953f9cd4 dfe0 3209 adf3 ea09800d9dca

Bu gün saat 12:30 radələrində Ermənistanın İcevan rayonunun Lələkənd ərazisindəki mövqelərdən Qazax rayonunun Xanlıqlar kəndinə 2 top mərmisi atılıb. “Qərb Xəbər” saytının kənd sakinlərindən əldə etdiyi məlumata görə, mərmilərdən biri Əliyev Şirəddin Sülhiddin oğlunun, digəri isə Mehdiyev Nəsimi Nədimi oğlunun təsərrüfat sahəsinə düşüb. Kənd sakinlərinə hər hansı bir şəkildə təlafat və maddi ziyan dəyməyib.

Şəhid Namiq Əhmədov Qazaxda dəfn olunub

Fb6ea600 1ce8 3380 961e 89c46b581390 994 (1)

Bu gün şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn olunub. Qərb Xəbərin məlumatına görə, onun cənazəsi vidalaşmaq üçün Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib. Vida mərasimindən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib.  Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər … Read more

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub – SİYAHI

456aa264 d9c1 3ca8 b4c1 d73e4391a9a9

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. Qərb Xəbərin məlumatına görə, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib. “İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı? mühüm obyektlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş … Read more

Tovuzdan xəbər var: Bölgəyə ağır texnika yeridilib

953f9cd4 dfe0 3209 adf3 ea09800d9dca

İyulun 12-də Tovuzun Ağdam kəndi istiqamətində başlayan döyüşlər davam edir. “Qərb Xəbər” saytının cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hazırda şiddətli atışma gedir. Bölgəyə ağır texnika yeridilib. Qeyd edək ki, Ermənistan ordusu Tovuz rayonunun Ağdam kəndini və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə məruz qoyub. Azərbaycan tərəfdən cavab atəşi açılıb.

Rusiya tərəfləri təmkinli olmağa çağırıb

5973b016 57f0 43ef a94b e070c54378a1

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. “Report”un Rusiya bürosu xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib: “Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergey Lavrov tərəfləri qəbul etdikləri … Read more

Ağdam və Dondar Quşçu kəndləri atəşə tutulub

953f9cd4 dfe0 3209 adf3 ea09800d9dca

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.  Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat yayıb. Qeyd olunub ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. Sərt cavab tədbirləri görülür.

Ağdam kəndindən Videoreportaj

3805ba2d8232f1702533a9d0b80234e9

Xəbər verdiyimiz kimi Tovuz rayonun Ağdam kəndi istiqamətində iki gündür ciddi döyüşlər gedir. “Yeni Müsavat” qəzetinin reportyor qrupu Ağdam kəndinə ezam olunub. Əməkdaşlarımızın bu gün saat 8:30 radələrindən etibarən kənddən hazırladıqları videoreportajı təqdim edirik. Qeyd edək ki, ərazidə internet şəbəkəsində ciddi problem yarandığı üçün videoreportajın yayıma hazırlanmasında bir qədər gecikib.

Şəhid Mühüd Orucovun doğum günüdür

Muhut orucov28

Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun doğum günüdür. “Qərb Xəbər”in məlumatına görə, M.Orucov yaşasaydı, 36 yaşını qeyd edəcəkdi. Mühüd Orucov 1984-cü il 13 iyulda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8 sinifi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə … Read more

Qamarcoba! QərbXəbər Batumidə… – Video + İnfoqrafika

73152468 384946499114576 4642318863348793344 o

Batumidə azərbaycanlı icması Azərbaycanda Batumi əsasən orta imkanlı vətəndaşların istirahətə getdiyi yer kimi tanınır. Lakin çox az insan bilir ki, Batumi etnik azərbaycanlı icmasının məskunlaşdığı bölgələrdəndir – Marneuli, Dmanisidəki qədər olmasa da, burda da azərbaycanlıların sayı çoxdur. 2019-cu ildə “Qərb Xəbər” saytının həyata keçirdiyi “Qonşular” layihəsi Batumi şəhərinin azərbaycanlıları ilə də görüşdü. Məlum oldu ki, … Read more

Şəhid Elşad Məmmədov dəfn olunub

E9d8704a9e1016c6abc0c4e63e46a429

İyulun 12-də şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Qərb Xəbərin məlumatına görə, E.Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib. Şəhid ailəli olub, 6 aylıq oğlu var.

Şəhid Vüqar Sadıqov dəfn edilib

456aa264 d9c1 3ca8 b4c1 d73e4391a9a9

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilib. Qərb Xəbərin məlumatına görə, Ermənistan tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilib. Mərasimdə … Read more

Şəhid atalarını belə uğurladılar – Foto

1594623109 3 vlad

Ağstafa rayonunda şəhidlə vida mərasimi keçirilir. Anews.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir. Mərasimdən yayılan fotoda şəhidin övladları yer alıb. Mərhumun 2 qız, 1 oğlu olub.  Xatırladaq ki, dünənki atışmada Azərbaycan Ordusunun  hərbi … Read more

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

373955ec f9d8 37e2 be25 d8c89a8e907f

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində … Read more

Cəbhədə vəziyyət yenidən gərginləşib – Rəsmi

Ee5cf63a99c61928909b91aa8a7b12ad

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.  Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Bu gün şəhid olan hərbçilərin ad-soyadları açıqlanıb

FB IMG

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov … Read more

Tovuzda Azərbaycan Ordusu 3 şəhid verib

355d7802fc44579

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. “Qərb Xəbər”in müxbirinin cəbhə bölgəsində yaşayan əhalidən əldə etdiyi məlumata görə, bugünkü atışmada 3 nəfər şəhid olub, 5 nəfər yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi isə 2 nəfərin şəhid olduğunu açıqlamışdı.