Dekabr ayında Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirus epidemiyası ilə bağlı məsləkdaşlarını daha öncədən xəbərdar edən həkim Ai Fen yoxa çıxıb. Xəbər İngiltərənin “Deyli Meil”( Daily Mail) qəzetində yayımlanıb.
“Qərb Xəbər” saytının məlumatına görə, onun Çin hökumətini tənqid edən müsahibəsindən sonra yoxa çıxdığı qeyd olunub.
Dünya səviyyəsində 872 mindən çox insanı yoluxdurmuş, 43 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasına qarşı ilk xəbərdarlığı edən həkimlərdən biri olan Ai Fenin həbs olunduğu ehtimal olunur.