Dünyanı cənginə alan koronavirus dövlətlə yanaşı, bütün vətəndaşlardan da məsuliyyət tələb edir. Bu məsuliyyət yalnız pandemiya, epidemiya hallarındamı olmalıdır, yoxsa hər zaman ətraf mühiti təmiz saxlamalıyıq? Əlbəttə ki, hər zaman təmizliyə, diqqət edilməlidir.
Bu tək dövlətin, bələdiyyənin işi deyil, əziz vətəndaşlar. Xüsusən ekoloji təmizlik və tarazlıq bizim hər birimizin təbiətə münasibətimizdən bir başa asılıdır.
Aşağıdakı görüntülər Qazax rayonu Daş Salahlı kəndi ərazisindən keçib Ürkməzliyə gedən yolda çəkilib.
Dövlət orqanları burada “Coğazçay” su anbarından bir filtrli təmizlənən su anbarı düzəldib, Qazaxbəyli kəndində salınmış məcburi köçkün şəhərciyinə su xətti çəkib.
Bir bulaq da yerli camaat üçün qoyublar, insanlar bu içməli sudan istifadə edirlər, amma və lakin bizim insanımız bu əraziləri zibilliyə qərq edib, zibilləririni yaxınlıqdakı meşədə zolağına atır.
Bunu nə dövlət orqanı, nə bələdiyyə edir. Bunu biz insanlar edirik. Hər zaman başqalarını, vəzifəliləri, idarəçiləri qıyayan insanımıza səslənirəm: bunu kim edir?
Bunu siz edirsiniz, sevgili vətəndaşlar!
Ətraf mühitə sayğısı olmayanın evinə evinin içimdəki doğmalarına sayğısı olmaz. Bu vətən bizimdir, bu torpaqlarda biz gəzir, biz yaşayırıq, özümüzü, gələcəyimizi olan övladlarımızın sağlamlıqlarını qorumaq naminə üzərində gəzdiyimiz torpaqları evimizin içi qədər təmiz saxlayaq, əziz vətəndaşlar!