Ağstafada fərdi evdə partlayış olub xəsarət alanlar var
Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
“Qərb Xəbər”inməlumatına görə, bədəninin 80 faizindən çox hissəsi yanan Bakı şəhəri, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı