Təxminən 1 saat davam edən külək nəticəsində Ermənistanın Azərbaycanın Qazax rayonu ilə sərhəd hissəsində yanğın hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, yanğından sonra Qazax səması alov rənginə bürünüb.
Hazırda Qazax rayonunun Astanbəyli kəndi ərazisində təhlükə hiss olunduğundan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tam hazırlıq vəziyyətinə gətirilib.
Hazırda külək dayanıb. Yanğının Ermənistanın God kəndi istiqamətində irəlilədiyi bildirilir.
Ətraflı məlumat veriləcək.