Kateqoriyasız

Sabaha gözlənilən hava

27 avqust / 15:24 2 dəq
D0a77731 b7d5 36d0 8a8e bd6de3f1dfb7
27 avqust / 15:24
Burada sizin reklamınız ola bilər

Bakıda və Abşeron yarımadasında avqustun 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21, gündüz 29-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz cənub-şərq küləyi  əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı