Siyasət

ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlığın icrası müzakirə olunub

Bu gün / 20:49 2 dəq
ABŞ AZEr
Bu gün / 20:49
Burada sizin reklamınız ola bilər

Azərbaycan və ABŞ nümayəndələri arasında iki ölkənin imzaladığı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını tam reallaşdırmaq məqsədilə yeni əməkdaşlıq imkanlarına dair səmərəli müzakirələr aparılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-nin ölkəmizdəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, müzakirələr ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun azərbaycanlı və amerikalı həmkarları ilə görüşü zamanı baş tutub.

Görüş Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) təşkil etdiyi işgüzar nahar çərçivəsində həyata keçirilib. Tədbirdə E.Karlonla yanaşı, ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə üzrə direktoru Sara Leminq də iştirak ediblər.

ABŞ-nin diplomatik nümayəndəliyi işgüzar nahara dəvətə və faydalı müzakirələr üçün yaradılan şəraitə görə “AmCham Azerbaijan”a təşəkkürünü ifadə edib.

Xatırladaq ki, sözügedən xartiya 10 fevralda imzalanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər