Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi sazişin imzalanması sülh sazişinin təsdiqi olmadan mümkün deyil.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “CBS News”a müsahibəsində deyib.
“Sülh müqaviləsi olmadan iqtisadi razılaşmanın olması mümkün deyil. İqtisadi razılaşmanın ilkin şərti Ukrayna rəhbərliyinin sülh sazişi bağlamaq istəyidir”, – nazir qeyd edib.