Kateqoriyasız

Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

6 aprel / 10:51 1 dəq
604dedb0 2407 4b3f 9021 e597e7de77b3
6 aprel / 10:51
Burada sizin reklamınız ola bilər

Bu gündən Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.

Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 “Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər