Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.