“Şəmkirdə yolu keçən piyada avtomobil ilə vurulub”.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aprelin 25-də saat 15 radələrində Şəmkir şəhəri ərazisində Gədəbəy rayon sakini A.Həsənov idarə etdiyi “VAZ-20174” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Əmiraslan Əliyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.