Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Müsahibə-Reportaj

“Region ölkələrinin seçimi Rusiya üçün həyatı əhəmiyyətə malikdir” – Politoloq

23 iyun / 18:15 3 dəq
Photo1655995170
23 iyun / 18:15
Burada sizin reklamınız ola bilər

İyunun 23-dən Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayacaq.

Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nazirin Prezident İlham Əliyevlə görüşəcəyini bildirib: “Görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair bütün kompleks məsələlərə baxılacaq. Eləcə də, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq. Əlbəttə ki, əsas diqqət yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsinə yönələcək”.

Rusiyalı nazirin səfərinin hansı atmosferdə keçəcəyi və onun Bakıdan hansı təəssüratlarla ayrılacağını demək çətindir. Lakin regionun və beynəlxalq arenanın hazırkı vəziyyəti siyasi səfərin məqsədi mümkün nəticələri ilə bağlı fikir yürütməyə imkan verir.

nazim cefersoy

Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq  Nazim Cəfərsoyun sözlərinə görə, görüşün əsas məqsədi Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya işləri və regional məsələlər barədə olacaq: “Lavrovun Azərbaycana səfəri Rusiyalı nazirin iyunun əvvəlində Türkiyəyə, ardınca isə Ermənistana səfərləri ilə birbaşa əlaqəli prosesdir. Azərbaycan prezidenti tərəfindən Lavrov qəbul edilirsə, səfər çərçivəsində hansısa ciddi razılaşmaların həll edildiyini deyə bilərik. Sergey Lavrovun region ölkələrinə ardıcıl səfəri Rusiyanın hər üç ölkə ilə münasibətlərinin qorunmasında və gələcəkdə öz maraqları istiqamətində inkişaf etdirilməsində istəkli olduğunu göstərir. Rusiya ABŞ-ın Cənubi Qafqazdakı münasibətlərin nizamlanmasında maraqlı olduğunun fərqindədir. Bu marağın Qarabağ məsələsi ilə yanaşı enerji təhlükəsizliyi, Rusiyanın regiondan sıxışdırılması və sanksiya siyasətinin gücləndirilməsi ilə bağlı olduğu da məlumdur. ABŞ-ın sanksiya siyasətinə qoşulmayan region dövlətlərinin gələcək seçimləri isə Rusiyanın regiondakı maraqları üçün həyati əhəmiyyətə malikdir”.

 

Ülviyyə  Həsənova

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı