Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Cəfər İbrahimli: “Bazarda ciddi qiymət artımı baş verir”

2 həftə ago
A A
pole_11jpg-1613248721

Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında maliyyə naziri Samir Şərifov bütün dünyada inflyasiyanın artığını deyib.

Nazir inflyasiyanın təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün problem yaratdığını deyib: “Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır. Qaz həmçinin müxtəlif növ gübrələr üçün xammaldır. Buna görə də gübrə qiymətləri də avtomatik olaraq artıb. Hətta müəyyən qədər qıtlıq da yaranıb. Bu isə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. İlk növbədə taxılın, o cümlədən buğdanın bahalaşması müşahidə olunur”. 

Məsələ ilə bağlı “Qərb Xəbər“ə kənt təsərrüfatı eksperti Cəfər İbrahimli danışıb. Onun sözlərinə görə, gübrə məsələsində biz idxaldan asılıyıq: “Hər zaman Rusiyadan daha çox gübrə idxal əldə edirdik. Ən çox da Azərbaycanda istifadə olunan ammonium-nitrat və amofos idi. Bu da son dönəmdə, həmçinin bütün dünyada bu məhsulların qiyməti qalxıb. Bununla yanaşı Rusiya qiymətin qalxmasına paralel olaraq ixraca məhdudiyyət gətirmişdir. Buna görə də məhdudiyyət olduğu üçün bir çox məhsullar ölkəyə gətirilə bilmədi. Gətirilə bilmədiyi üçün  qiymətlərdə kifayət qədər yüksəlmişdir”. 

 

Ekspert bildirir ki, əksər məhsulların maya dəyərində artma var:”Bu işçilik xərcləri, maya dəyəri xərcləri, yanacaq, texnika avadanlıq xərcləri olsun. Bildiyimiz kimi dünya əmtəə birjalarında məhsulun qiyməti çox bahadır. İlk başda pandemiyanın taxılın qiymətinə təsir etdi. Daha sonra Ukranya Rusiya kimi böyük ixracat edən 2 ölkə yəni dünya bazarının 25%-ni edən 2 ölkənin problemi dolayısı ilə dünya bazarında taxılla bağlı problem yaranacağı üçün qiymətlər kəskin yüksəlmişdir. Bu amillər Azərbaycanın daxili bazarına təsir edir və qiymətin artmasına gətirib çıxarır. Eyni zamanda bu il Hindistan xaric Türkiyə, Rusiya kimi ölkələrdə istehsalın artması gözlənilir. Bu çərçivədə son bir ayda dünya əmtəə birjalarında qiymətlərin biraz aşağıya doğru getməsini təxminən 20% dəyər itkisi olduğunu görürük. Bunun Azərbaycan bazarına nə qədər təsir edəcək onu  biraz gözləmək lazımdır”.

Wha`tsApp-I`ma`ge-2022-06-20-a`t-14.46.57-scaled

Cəfər İbrahimli taxılla yanaşı meyvə məhsullarında da ciddi qiymət artımından danışıb: “Buna istehsal xərclərinin artmasının təsiri var. Mövsüm içi hava şəraitinin yaxşı keçməməsindən dolayı Azərbaycanda bildiyimiz kimi bu mövsüm meyvə kifayət qədər az olub. Ona görə də bazara çıxan məhsulların az olduğu üçün qiymətlərdə ciddi dəyişmə müşahidə olunur. Yaş məhsullar da ambarlarda saxlanıla bilmir. Vaxtında bazara çıxır və bazarında tələb təklif doğrusunda qiymətlərdə belə bir dəyişklik müşahidə olunur”. 

 

Vüsalə Kərimova

Son xəbərlər

729b5363-87d0-3458-9edd-a3094dc17127_850

İlham Əliyev: “Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik”

04 İyul 2022
4528ae6a-892a-3d7a-b37b-134d6557e39e_850

Şəmkirdə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

04 İyul 2022
15432e36-ca05-341f-881a-9864cb1ad724_850

Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib

04 İyul 2022
indir

“Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılması elə də asan məsələ deyil”.

04 İyul 2022
62c2c33e4d79562c2c33e4d7971656931134b00e18aa519cd578d4b242e376e70331

Azərbaycan və Aİ liderlərinin telefon danışığı olub

04 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.