Bu günlərdə 50 yaşı tamam olan, Qərb bölgəsi Aşıq Məktəbinin layiqli yetirməsi Aşıq Yaşar Gülümcanlının Qazaxda yubiley mərasimi keçirildi. Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin təşkilatçılığı, “Vətən Yolu” İcmasının maddi və “Qərb xəbər”Media qrupunun informasiya dəstəyi ilə reallaşan Aşıq Yaşar Gülümcanlının 50 illik Yubiley mərasimində Qərb bölgəsinin ziyalıları, sayılan saz-söz sənətkarları iştirak etdi.
Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu çıxış edərək mərasimi açıq elan etdi.
Daha sonra,Aşıq Yaşarın ustadı Aşıq Məhəmmədəli Məşədiyev, Aşıq Camoy Qurbanov, populyar müğənni, xalq mahnıları və muğamlarımızın özünəməxsus ifaçısı Sahib İbrahimov, Aşıq Kamandar, Aşıq Hüsən,Aşıq Mahal, Aşıq Saqif, Aşıq Şahin, Aşıq Şahmurad, Aşıq Samır öz ürək sözləri və gözəl ifaları ilə yubilyarı təbrik edib. yeni-yeni uğurlar arzuladılar.
AMEA Folklorşunaslıq İnstitunun aparıcı elmi işçisi, Filologiya üzrə Fəlsəfə doktoru İlhamə Qəsəbova, ADA Universiteti Qazax Mərkəzinin aparıcı məsləhətçisi Yeganə Göyüşlü, ASQ-nin zabiti, “Zəfər” ordenli polkovnik Elşən Qapaqov, Şair Bəxtiyar Hidayət, Aşıq Yaşarın sənəti, həyatı və Aşıq Sənəti barədə geniş və əhatəli çıxış etdilər.
Sonda tədbir maraqlı müsiqi ifaları ilə davam etdi.