Dünya

Çinli professor: Çin ABŞ ilə bərabərliyə nail olub

Bu gün / 12:08 2 dəq
Czin
Bu gün / 12:08
Burada sizin reklamınız ola bilər

Çin iqtisadi, texnoloji və hərbi gücü sayəsində ABŞ ilə bərabərliyə nail olub.

Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, Çin Xalq Universitetinin Amerikaşünaslıq üzrə professoru Çzin Çanjun belə bir açıqlama ilə çıxış edib.

Ekspert “Guancha”ya verdiyi müsahibədə bildirib ki, Çin özünün real gücü sayəsində bərabərliyə nail olub, konstruktiv, strateji və sabit münasibətlərin təməlini qoyub.

Professorun sözlərinə görə, Pekin Vaşinqtonla ticarət, sənaye və texnoloji qarşıdurmada qalib gəlib: “Ötən il Pekində keçirilən paradda nümayiş etdirildiyi kimi, Çin son illərdə ciddi hərbi uğurlar da əldə edib. Ölkənin qırıcı təyyarələri 2025-ci ildə Pakistan və Hindistan arasında qarşıdurmada yaxşı nəticə göstərib”.

Çzin Çanjun bildirib ki, Pekin ABŞ prezidenti Donald Trampa qarşı müqavimət göstərməyə cəsarət edib, çünki Çinin təməli daha da möhkəmlənib:

“ABŞ gücə dəyər verən ölkədir. Əgər siz onlardan güc baxımından xeyli aşağısınızsa, sizə hörmət etməyəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər