Siyasət

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib

Dünən / 23:35 1 dəq
Aliyev Astana
Dünən / 23:35
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Qerbxeber.com bildirir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş
Burada sizin reklamınız ola bilər