Dünya

İsrail Qəzzanın Misirlə sərhədini ələ keçirmək üçün əməliyyat planlaşdırır

13 yanvar / 23:16 1 dəq
65a2c73433b4d65a2c73433b4e170516664465a2c73433b4b65a2c73433b4c
13 yanvar / 23:16
Burada sizin reklamınız ola bilər

İsrail Qəzza zolağının Misirlə sərhədinə nəzarəti ələ keçirmək üçün əməliyyat planlaşdırır.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan İsrail və Misir rəsmiləri qəzetə bildiriblər ki, İsrail rəsmiləri Misirlə sərhəddə hərbi əməliyyat planlaşdırdıqları barədə Qahirəni artıq xəbərdar ediblər.

Qeyd olunur ki, İsrail təxminən iyirmi il ərzində Qəzza zolağının bir sərhədi istisna olmaqla bütün sərhədlərinə nəzarət edib. İndi yəhudi dövləti Fələstin anklavının cənub sərhədinə nəzarəti bərpa etməyə çalışır.

Paylaş
Burada sizin reklamınız ola bilər