Dünya

İsveç Rusiyadan qorunmaq üçün öz sualtı qayıqlarını inşa etməyə başlayıb

13 yanvar / 23:19 1 dəq
838b5e9a c006 3041 9202 58e2d8343170
13 yanvar / 23:19
Burada sizin reklamınız ola bilər

İsveç Rusiyadan qorunmaq və Baltik dənizində patrulluq etmək üçün sualtı qayıqlar inşa etməyə başlayıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Politico” yazıb.

Qeyd olunub ki, Blekinge və Skåne adlı A26 tipli 66 metrlik dizel-elektrik sualtı qayıqları 2027 və 2028-ci illərdə suya buraxılmalıdır.

Blekinge və Skane İsveçin 1990-cı illərin ortalarından bəri inşa etdiyi ilk sualtı qayıqlar olacaq. Hazırda Karlskronadakı gəmiqayırma zavodunda işlər aparılır.

Bundan əvvəl ifrat sağçı İsveç Demokratlar partiyasından olan deputat Markus Viçel Stokholmun Moskva ilə münaqişədə birbaşa iştirakının mümkünlüyünü etiraf etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər