Gürcüstanda 3-minə yaxın Azərbaycan vətəndaşı işçi miqrant kimi qeydiyyatdan keçib
Flag of Georgia background. Vector illustration.
Statistikaya əsasən, Gürcüstanda 164 ölkənin 107 307 vətəndaşına yaşayış icazəsi verilib.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin şəxslər arasında Azərbaycan vətəndaşları 6,3% ilə üçüncü yeri tutur.
“Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin vaxtilə Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına malik olan və Gürcüstana qayıdanların olduğunu güman etmək olar”, – Kobaxidze əlavə edib.
Baş nazir Gürcüstanda ən çox yaşayış icazəsi əldə etmiş əcnəbilərin Rusiya (32 129 nəfər) və Hindistan (23 930 nəfər) vətəndaşlarının olduğunu qeyd edib.
“Gürcütanda 3 minə yaxın Azərbaycan vətəndaşı əmək miqrantı kimi qeydiyyata alınıb “, – o vurğulayıb.




