Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

23 dekabr / 14:30 2 dəq
20e2c7e1 49f2 359e a229 a5ba945728cb
23 dekabr / 14:30
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri, görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir.

“Qərb Xəbər”in məlumatına görə, o, 1889-cu il iyul ayının 13-də Şuşada anadan olub.

1906-cı ildən 1913-cü ilə qədər Şuşada “Nəşr-maarif cəmiyyəti”, 1913-1917-ci illərdə şəhər məktəbində müəllimlik edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin milliləşdirilməsinin fəal iştirakçısı olub və anadilli təhsili öz işi ilə təbliğ edib. 1920-ci ildə Şuşada təşkil edilmiş “Nərimaniyyə” və “Haşimiyyə” məktəbləri əhalinin maariflənməsində müstəsna rol oynayıb. Xosrov Axundzadə də bu məktəblərdə çalışırdı. O, 1928-ci ildə dərs demək üçün Xocavənd rayonuna göndərilib. 1932-ci ildə yenidən Şuşaya qayıdan Xosrov Axundzadə müəllimliyini burada davam etdirməklə yanaşı, eyni zamanda savadsızlığın ləğvi hərəkatında fəal iştirak edib. Həmçinin 1935-ci ildən başlayaraq Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi geniş maarifləndirici iş aparıb. Şuşa şəhər 7 illik məktəbin ibtidai sinif müəllimi Xosrov Axundzadə məktəbə ilk dəfə gəlmiş uşaqların təlimi üzərində böyük əmək sərf edib. 50 illik pedaqoji fəaliyyəti dövründə öyrədə-öyrədə özü də öyrənirdi.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı