Dünya

Almaniya Gürcüstanla yüz milyonlarla avro dəyərində olan layihələri dayandırdı

23 dekabr / 23:02 1 dəq
Bundestaq
23 dekabr / 23:02
Burada sizin reklamınız ola bilər
Almaniya Gürcüstanla dəyəri 237 milyon avro olan layihələri dayandırıb.

Qerbxeber.com Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Peter Fişer sosial şəbəkədə yazıb.

Almaniya səfiri dayandırılmış bir neçə layihədən danışıb. Bunlara yaşıl hidrogen, enerji infrastrukturu layihələri, həmçinin Batumidə su infrastrukturu maliyyələşdirilməsi daxildir.

Almaniya təəssüflə Gürcüstanla dəyəri 237 milyon avro olan layihələri dayandırdı.

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və nazir Svenja Şultze Gürcüstanın Avropa İttifaqı istiqamətindən uzaqlaşmasına və etiraz aksiyalarına qarşı sərt tədbirlərin görülməsinə reaksiya verirlər.

Yaşıl hidrogen, enerji infrastrukturu və Batumidə su infrastrukturu maliyyələşdirilməsini dayandırdıq.

Vətəndaş cəmiyyətinin və qanunun aliliyinin dəstəklənməsi davam edir” , – deyə Peter Fişer yazıb.

Paylaş
Burada sizin reklamınız ola bilər