Dünya

ABŞ vitse-prezidenti: Ruslar oyanmalı və reallığı qəbul etməlidir

28 sentyabr / 20:59 1 dəq
Vens
28 sentyabr / 20:59
Burada sizin reklamınız ola bilər

Rusiya “oyanmalı və reallığı qəbul etməlidir”.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens “Fox News”a müsahibəsində bildirib.

“Ruslar oyanmalı və reallığı qəbul etməlidirlər. Çox cüzi, əgər varsa, hərbi qazanc müqabilində daha neçə nəfəri itirməyə hazırdırlar?” – deyə, ABŞ-nin vitse-prezidenti qeyd edib.

Vens əlavə edib ki, Amerika administrasiyasının Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməyib və ABŞ sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı münaqişədə “faydasız yerə” iştirak etdiyini bəyan edib və Moskvanı kağızdan hazırlanmış pələnglə müqayisə edib. Amerika liderinin sözlərinə görə, Rusiya iqtisadiyyatı dəhşətli vəziyyətdədir.

Paylaş
Burada sizin reklamınız ola bilər