Bu gün Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Qeyri-Hökumət Təşkilatlarının mətbuatla işinin təşkili” mövzusunda təlim-seminarı keçirilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, tədbiri giriş sözüylə açan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai şuranın sədri Fuad Bədəlov qonaqları salamladıqdan sonra media və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı mövzusunda danışıb, vətəndaş cəmiyyəti nümayəndələrinin gördükləri işlərin ictimaiyyətə çatdırılmasında qəzet və saytların rolunun danılmaz olduğunu vurğulayıb.
Söz Tovuz, Şəmkir və Qazax rayonlarından dəvət olunmuş media ekspertlərinə verilib. Onlar daha çox media və qeyri-hökumət təşkilatları arasındakı mövcud problemlərdən danışıblar.
Tədbirdə adıçəkilən rayonlarından dəvət olunmuş media nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.
Fotolar Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinə məxsusdur