Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında heç bir maneə görmür
İrəvan Türkiyə ilə biran öncə sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa hazırdır.
Qerbxeber.comxəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
“Türkiyənin Ermənistanla sərhədin açılmasını gecikdirməsi üçün heç bir səbəb görmürəm. Erməni tərəfində gecikmə ilə bağlı heç bir problem yoxdur, sabah da sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa hazırıq”, – o bildirib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı