Tovuzda qadın dəm qazından zəhərlənib
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər”in məlumatına görə, Bozalqanlı kənd sakin 1983-cü il təvəllüdlü Ceyhunə Məmmədhəsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı