Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Mədəniyyət

Gəncədə aşkarlanan kurqanlar tarix və mədəniyyət abidələrinin siyahısına salınacaq

14 mart / 11:15 2 dəq
67d191b66a8fc67d191b66a8fd174178757467d191b66a8fa67d191b66a8fb
14 mart / 11:15
Burada sizin reklamınız ola bilər

Gəncə şəhər Heydər Əliyev park kompleksinin yaxınlığında yerləşən kurqanlar daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısına salınacaq.

Qerbxeber.com xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Gəncə şəhər Heydər Əliyev park kompleksinin yaxınlığında yerləşən kurqanların sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü il 1 iyul tarixli məktubla Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna müraciət olunub. İnstitutun müvafiq rəyi əsasında kurqanlar yeni aşkar edilmiş abidələr siyahısına daxil edilib.

Eyni zamanda kurqanların döngə nöqtələrinin koordinatlarını əks etdirən arayış nəzərə alınması və müvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Hazırda kurqanların da daxil olduğu daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının təsdiqi ilə bağlı “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarı layihəsi hazırlanır.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə bölməsinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin və Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirilib. AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən ilkin tədqiqatlar zamanı aşkar edilmiş 4 kurqanın ətrafında tikinti işlərinin aparılması müəyyən edilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı