Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Hikmət Hacıyev: “Ermənistan Aİ missiyasından sui-istifadə edir”

13 mart / 00:58 2 dəq
Ermenistan hokumeti yeni
13 mart / 00:58
Burada sizin reklamınız ola bilər

“Ermənistan Aİ missiyasından sui-istifadə edir”.

“Qərb Xəbər” bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.

“2022-ci ilin oktyabr ayında Praqa danışıqları zamanı razılaşdırılmış məqamlardan əlavə Aİ missiyasının mandatına yeni məqamların daxil edilməsi bizim üçün gözlənilməz oldu və bu bizdə, açığı inamsızlıq yaratdı. Bundan əlavə, 2 aylıq müddət bitdikdən sonra tələm-tələsik yeni missiya, özü də bu dəfə 2 illik müddətə təsis edildi.

Əlbəttə, Ermənistan öz ərazisinə nəinki Aİ-nin missiyasını, digər ölkələri də çağıra bilər. Amma Aİ missiyası Azərbaycanla sərhəddə yerləşdiyi üçün Azərbaycanın mövqeyi, narahatlığı nəzərə alınmalıdır. Özü də bu missiya iddia edildiyi kimi, mülki missiya deyil, onun tərkibində keçmiş hərbçilər, polis əməkdaşları yer alıb”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

“Bizim təxminlərimiz özünü doğrultdu. Ermənistan missiyadan sui-istifadə edir. Son vaxtlar Ermənistan ordusu şərti sərhəddə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin açıqlaması ilə yəqin ki tanış olmusunuz, orada deyilir ki, Ermənistan bununla Azərbaycanı cavab atəşi açmağa təhrik edir. Məqsəd Aİ missiyasında yanlış rəy formalaşdırmaq və vəziyyəti süni olaraq gərginləşdirməkdir. Ermənistan düşünür ki, Aİ missiyasının gəlməsi ilə onun təhlükəsizliyi təmin olunub və indi diqqətini Qarabağda pozuculuq əməllərini davam etdirməyə yönəldə bilər.

Biz hesab edirik ki, Cənubi Qafqaz regionu geopolitik rəqabət məkanı olmamalıdır.

Amma Ermənistan fərqli mövqedədir”, – Hikmət Hacıyev əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı