İqtisadiyyat

Azərbaycanda makaron istehsalı 3 dəfəyə yaxın artıb

22 iyul / 18:57 1 dəq
549ed550 bf55 11ee 9f8d 06c785117791 makaron uzunsov
22 iyul / 18:57
Burada sizin reklamınız ola bilər

Bu ilin I yarısında Azərbaycanda 7 min 650,2 ton makaron məmulatları istehsal edilib.

Qerbxeber.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.

İyulun 1-nə ölkədə 107,6 ton hazır məhsul ehtiyatı yaranıb.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər