Siyasət

İlham Əliyev: “Qarabağ” klubu xalqımızı qürurlandırmaqda davam edir

2 oktyabr / 00:18 1 dəq
Ilhammmiiu
2 oktyabr / 00:18
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Qerbxeber.com xəbər verir ki, təbrikdə deyilir:

“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı