Gürcüstanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı yayılan xəbərlərdə səslərin satın alınması haqda da informasiyalar var.
Qerbxeber.com xəbər verir ki, bu iddia ilə “Radio Marneuli”nin redaktoru Kamilla Məmmədova çıxış edib. O, səslərin 300 lariyə alınması hallarına rast gəldiklərini bildirib. Məmmədova həmçinin iddia edib ki, seçki məntəqələrindəki QHT-lərin müşahidəçiləri yaxşı təşkil olunmayıblar.
Bununla bərabər Marneulidə az öncə Vahid Milli Hərəkat Partiyasının üzvü Azad Kərimovun döyüldüyü 74-cü məntəqə növbəti insident yaşanıb. İnsidentin sakitləşdirilməsi üçün bibər qazından istifadə edilib.
Bənzər insidentlər Zuqdudi və Batumidə də yaşanıb. Müxalifət insidentlərə görə cinayət işinin açılmasını tələb edib.
Paytaxt Tiflisdə də seçki məntəqələri önündə əlbəayaxa davalar olub. Yerli televiziyalar 30 nəfərlik bir qrupun seçki məntəqələri önünə gələrək müxalifətçilər və KİV iştirakçılarını qorxutduqlarını bildiriblər. Məlumatı “Gürcü Arzusu” Partiyasının lideri Mamuka Mdinaradze də təsdiqləyib, lakin o bu qrupun müxaliflərə hücum edib etmədiyini açıqlamayıb. Prezident Salome Zurabişvili isə polisdən tələb edib ki, kriminalları seçki məntəqələri önündən çəksin.
Seçki dönəmində həmçinin Tiflis və Qoridə müvafiq olaraq Azadlıq Radiosu və “Pirveli TV”nin jurnalistlərinin seçkini işıqlandırılmasına imkan yaradılmayıb, bir qisminə isə hücum olub.